Avropa Liqası: Beşiktaş meydana çıxır YENİLƏNİR

23.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.

Apasport.az xəbər verir ki, oyun günündə ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Təmsilçimiz "Qarabağ" doğma meydanda Bolqarıstanın ÇSKA klubunu qəbul edəcək. Türkiyə təmsilçisi "Beşiktaş" isə İstanbulda Danimarka "Midtyulland"ı ilə üz-üzə gələcək.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

20:00. "Qarabağ" (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan)

21:00. "Dinamo" (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan)

21:00. "Hammarbü" (İsveç) – "Anderlext" (Belçika)

21:00. "Şerif" (Moldova) – "Makkabi" (Təl-Əviv, İsrail)

21:00. "Tromse" (Norveç) – "Hradeç Kralove" (Çexiya)

22:00. "Beşiktaş" (Türkiyə) – "Midtyulland" (Danimarka)

22:00. "Sent Qallen" (İsveçrə) – "Benfika" (Portuqaliya)

22:00. "Tvente" (Niderland) – "Ferensvaroş" (Macarıstan)

23:00. "Hayduk" (Xorvatiya) – "Pafos" (Kipr)

Vernidub: “İmkan yaratmaq lazımdır ki, məşqçi işləsin” ÇSKA-nın baş məşqçisi: “Bütün diqqətimizi “Qarabağ”la görüşə yönəltmişik” 6 qat Fransa çempionu yarışlardan uzaqlaşdırıldı “Fulhem” “Real”ın hücumçusu üçün danışıqlara başladı Foden "Mançester Siti"də qaldı – Yeni müqavilə imzaladı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью