Avropa Liqası: Beşiktaşın ev oyunu bu ölkədə baş tutacaq

11.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Beşiktaş"ın Avropa Liqası Liqa fazasının 5-ci turu çərçivəsində "Makkabi" (Təl-Əviv) ilə keçirəcəyi ev oyununun məkanı müəyyənləşib.

Sportal.az xəbər verir ki, matç Macarıstanın Debretsen şəhərində təşkil olunacaq. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Təhlükəsizlik məsələlərinə görə görüş azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, "Beşiktaş" - "Makkabi" qarşılaşması 28 noyabr tarixində baş tutacaq.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью