Avropa Liqası: Fənərbağça doğma meydanda məğlub olub

11.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

UEFA Avropa Liqasının Liqa mərhələsində Türkiyə təmsilçisi "Fənərbağça" İspaniyanın "Atletik" klubuna (Bilbao) məğlub olub.

Bakıvaxtı.az-ın məlumatına görə, "sarı-lacıvərdlilər" VI turun oyununda 0:2 hesabı ilə uduzub.

"Ülkər" stadionunda baş tutan matçda qonaqların heyətində İnyaki Uilyams (5, 45+1) dubl edib.

Qeyd edək ki, Liqa mərhələsində VI turun qalan görüşləri sabah keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью