Avropa Liqası: “Fənərbağça” pley offda İngiltərə klubuna rəqib olub

30.01.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 yanvar, AZƏRTAC

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubu bu mərhələdə İngiltərənin “Nottingem Forest” komandasına rəqib olub.

Pley-off cütlükləri

“Seltik” (Şotlandiya) - “Ştutqart” (Almaniya)

“Ferensvaroş” (Macarıstan) - “Ludoqorets” (Bolqarıstan)

“Panatinaikos” (Yunanıstan) - “Viktoriya Plzen” (Çexiya)

“Fənərbağça” (Türkiyə) - “Nottingem Forest” (İngiltərə)

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Genk” (Belçika)

“Brann” (Norveç) - “Bolonya” (İtaliya)

PAOK (Yunanıstan) - “Selta Viqo” (İspaniya)

“Lill” (Fransa) - “Srvena Zvezda” (Serbiya)

Qeyd edək ki, Avropa Liqasının pley-off oyunları fevralın 19-u və 26-da təşkil olunacaq. Final matçı may ayının 20-də İstanbulda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью