Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Fənərbaxça”nın oyunun idarə edəcək hakim bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Fənər”in “Reyncers”i qəbul edəcəyi matçı İspaniya Futbol Federasiyasından Alexandro Hernandez idarə edəcək. Ona eyni federasiyadan Xose Naranxo və Qvadalupe Porraz Ayuzo kömək edəcək.
Matçın dördüncü hakimi Xose Luiz Munuera olacaq. Sezar Soto Qrado VAR-da, Valentin Qomez isə AVAR-da olacaq.
Qeyd edək ki, “Fənərbaxça” – “Reyncers” matçı martın 6-sı, Bakı vaxtilə 21:45-də start götürəcək
UEFA Ranyerini cərimələdi Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb “Bavariya” fransalı müdafiəçi ilə yollarını ayıra bilər “Milan”da yeni müqavilə “Beşiktaş” yeni loqosunu təqdim edib