sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən gecə keçirilən oyunlarla Avropa Liqasının əsas mərhələsi başa çatdı. Sport24.az xəbər verir ki, bu raundda ən çox qol vuran futbolçunun adına aydınlıq gəlib.
"Ludoqorets"in serbiyalı yarımmüdafiəçisi Petar Staniç əsas mərhələnin bombardiri olub. O, səkkiz oyunda 7 qol (üçü penalti) vurmaqla "ən sərrast oyunçu" adına sahib çıxıb. Portuqaliya təmsilçisi "Braqa"nın uruqvaylı hücumçusu Rodriqo Salasar və "Nottinqem Forest"un hücumçusu İqor Jesus isə 6 dəfə fərqləniblər.
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatması bu gün Nyondakı "Avropa Futbol Evi"ndə keçiriləcək. Bu mövsümün finalı İstanbuldakı "Beşiktaş" stadionunda keçiriləcək. Turnirin həlledici oyunu mayın 20-də baş tutacaq.