Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Ötən gecə keçirilən oyunlardan sonra Avropa Liqasının pley-off zonasına vəsiqə qazanmaq şansını itirən 6 klub müəyyənləşib. Sport24.az xəbər verir ki, bunlar "Şturm" (4), "Reyncers" (4), "Nitsa" (3), "Utrext" (1), "Malmö" (1) və "Makkabi" (Təl-Əviv) komandalarıdır.
Qeyd edək ki, ümumi turnir cədvəlində ilk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanacaq, doqquzuncudan 24-cü yerə qədər olan kollektivlər isə pley-off mərhələsində oynayacaq və qaliblər də 1/8 finala vəsiqə qazanacaqlar.
.