Avropa Liqası: “Qarabağ” bu gün Norveç klubu ilə qarşılaşacaq

07.11.2024

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin IV turunda Norveçdə “Budyo-Qlimt”in qonağı olacaq. “Aspmüra” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Görüşü portuqaliyalı FIFA referisi Luiş Qodinyo idarə edəcək.

Ağdam klubu bundan əvvəl keçirdiyi oyunlarda İngiltərədə “Tottenhem”ə, Bakıda Niderlandın “Ayaks” komandasına (hər ikisinə 0:3) və İsveçin “Malmö” kollektivinə (1:2) uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью