Avropa Liqası: Qarabağ ÇSKA Sofiya ilə cavab oyununa çıxır

30.07.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin təkrar görüşləri keçirilir.
Bizim.Media xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Bolqarıstanın "ÇSKA Sofiya" (Bolqarıstan) komandası ilə qarşılaşacaq.
Sofiyadakı Vasil Levski stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, Bakıda keçirilən ilk görüş 0:0 hesabı ilə başa çatıb.
Xatırladaq ki, bu cütün qalibi Avropa Liqasının III təsnifat mərhələsində "Şerif" (Moldova) - "Makkabi Təl-Əviv" (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью