sport24.az saytına istinadən Icma.az xəbər verir. UEFA Avropa Liqasında çıxış edən komandalar arasında cari mövsüm avrokuboklarda ən çox gəl
Sport24.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu göstəriciyə görə 23-cü pillədə qərarlaşıb.
Ağdam təmsilçisi indiyədək avrokuboklarda 12 milyon 153 min gəlir əldə edib.
Bunun 4,29 milyon avrosu Çempionlar Liqasının təsnifat mərhələsində qazanılıb.
İlk sırada İtaliyanın "Latsio" klubu yer alıb - 21 milyon 273 min avro.
İngiltərənin "Mançester Yunayted" kollektivi (19 milyon 752 min) ikinci, Almaniya təmsilçisi ""Ayntraxt" (19 milyon 369 min) üçüncüdür.
Qeyd edək ki, "Qarabağ" ötən həftə Liqa mərhələsinin VII turunda Bakıda Rumıniyanın FCSB komandasına uduzub - 2:3.
Növbəti mərhələ şansları qalmayan "köhlən atlar" VIII turda, yanvarın 30-da Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.