Avropa Liqası: “Qarabağ” Fransa klubu ilə qarşılaşacaq AZƏRTAC

28.11.2024

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 28 noyabr, AZƏRTAC

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin V turunda Bakıda Fransanın “Lion” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda reallaşacaq görüş saat 21:45-də start götürəcək. Matçı serbiyalı FIFA referisi Nenad Minakoviç idarə edəcək. Qarşılaşmanın hakim-inspektoru isə türkiyəli Cüneyt Çakır olacaq.

Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” 3 xalla 29-cu pillədə qərarlaşıb. “Lion” isə 7 xalla 9-cu sırada yer alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью