Avropa Liqası: “Qarabağ” İsveç səfərində Yeni Çağ Media

12.12.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün UEFA Avropa Liqasında VI turun görüşlərinə yekun vurulacaq, təmsilçimiz “Qarabağ” İsveç səfərində “Elfsborq”la qarşılaşacaq.

Yenicag.az xəbər verir ki, aktivində üç xalı olan və 32-ci pillədə qərarlaşan “köhlən atlar” rəqibi məğlub edərək növbəti mərhələyə yüksəlmə şansını gücləndirmək niyyətindədirlər. Amma dörd xalla 28-ci sırada yerləşən “Elfsborq”la görüşdə bu, heç də asan vəzifə sayılmır.

Böyük maraqla gözlənilən görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

12 dekabr

UEFA Avropa Liqası

VI tur

Saat 00:00, “Elfsborq” – “Qarabağ”

“Boras Arena”

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью