Avropa Liqası: “Qarabağ” “Lion” oyununa 13 min bilet satılıb

20.11.2024

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qarşılaşma üçün artıq 13 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью