Avropa Liqası: “Qarabağ” “Lion” oyununa 13 min bilet satılıb AZƏRTAC

20.11.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” klubu arasında keçiriləcək V tur oyununa bilet satışı davam edir.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, qarşılaşma üçün artıq 13 min bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir. VVIP C və VVIP D sektorlara biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью