Avropa Liqası: “Qarabağ” “Lion oyununa satılan bilet sayı bəlli olub

25.11.2024

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Ağdam klubundan Missiya.Az-a verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, “Qarabağ” - “Lion" oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью