Avropa Liqası: “Qarabağ” “Lion oyununa satılan bilet sayı bəlli olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

25.11.2024

Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Avropa Liqasının Liqa mərhələsində keçiriləcək "Qarabağ” - "Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Ağdam klubundan AZXEBER.COM-a verilən məlumata görə, artıq 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, "Qarabağ” - "Lion" oyunu noyabrın 28-də, saat 21:45-də başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью