Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 noyabr, AZƏRTAC
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşmanın 15-ci dəqiqəsində rəqibin heyətində Jorj Mikautadze fərqlənib.
Görüşü Serbiyadan olan referi Nenad Minakoviç idarə edir.
21:45
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” və Fransanın “Lion” komandaları arasında keçirilən V tur oyunu başlayıb.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma saat 21:45-də start götürüb.
Görüşü Serbiyadan olan FIFA referisi Nenad Minakoviç idarə edir.