Avropa Liqası: “Qarabağ” növbəti oyununa çıxır YENİLƏNİR İdmanXəbər

07.11.2024

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 4-cü tur matçına çıxacaq.

İdmanxeber.az xəbər verir ki, Ağdam klubu səfərdə Norveç “Bodo Qlimt”i ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Oyunu Portuqaliyadan olan hakimlər idarə edəcəklər. 

Hazırda Avroliqanın turnir cədvəlində “Qarabağ” 0 xalla sonuncu – 36-cıdır. “Bodo Qlimt” isə 7 xalla 9-cu pillədə qərarlaşır.

Avropa Liqası, Liqa mərhələsi, 4-cü tur

21:45. “Bodo Qlimt” (Norveç)  –  “Qarabağ” (Azərbaycan)

Hakimlər: Luis Qodinyo, Rui Teixeira, Pedro Almeida, Andre Narciso (Portuqaliya)

“Aspmira” stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью