Avropa Liqası: “Qarabağ”ın rəqibi bəlli olacaq KONKRET

16.06.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qarabağ” klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

KONKRET.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qarabağ”ın potensial rəqibləri:

“Jilina” (Slovakiya)

“Novi Sad” (Serbiya)

“Universitate Kluj” (Rumıniya)

“Alyuminiy” (Sloveniya)

“Derri Siti” (İrlandiya)

“Vestri” (İslandiya).

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью