Avropa Liqası: “Sabah” “Çelye”ni qəbul edir YENİLƏNİR

10.07.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Sabah” bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə “Çelye” (Sloveniya) ilə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. 

Bu komandalar arasında cavam oyunu isə iyulun 17-də Sloveniyada olacaq. 

Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar

10 iyul

20:00. “Sabah” (Azərbaycan) – “Çelye” (Sloveniya)

Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)

“Bank Respublika Arena”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью