Avropa Liqası: Toralın qolu həftənin ən yaxşısı seçilib

08.11.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Bodo-Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.

Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.

Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.

AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb "Neftçi" "Şamaxı" ilə matça xüsusi forma ilə çıxıb - FOTO Joze Mourinyo diskvalifikasiya edildi Fernandu Santuş: "Heç nə bizi tutduğumuz yoldan çəkindirə bilməz" Millimizin heyəti açıqlandı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью