Avropa Liqasında bütün pley off cütləri bilindi

15.08.2026

Icma.az bildirir, Fanat portalına istinadən.

UEFA Avropa Liqasında pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Fanat.Az xəbər verir ki, ötən gecə baş tutan "Klaksvik" (Farer adaları) - "Lex" (Polşa) (0:5, ilk oyun - 0:1) görüşündən sonra liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq 24 komandanın hamısının adı bəlli olub.

Liqa mərhələsinə vəsiqə yolunda son 12 sınaqda bu komandalar üz-üzə gələcəklər: 

Kairat (Qazaxıstan) – Anderlext (Belçika)

Yagelloniya (Polşa) – İberiya (Gürcüstan)

Lex (Polşa) – Tun (İsveçrə)
Myelbyu (İsveç) - Zalsburq (Avstriya)

Beşiktaş (Türkiyə) – Kauno Jalgiris (Litva)

Universitatya Krayova (Rumıniya) – Ararat-Armenia (Ermənistan)
Eqnatiya (Albaniya) – Lillestrom (Norveç)
Trabzonspor (Türkiyə) – Ferentsvaroş (Macarıstan)
OFİ (Yunanıstan) – ÇSKA Sofiya (Bolqarıstan)

Sent-Trüden (Belçika) - Omoniya (Kipr)

Srvena Zvezda (Serbiya) – Viktoriya (Çexiya)

Benfika (Portuqaliya) – Orhus (Danimarka)

Pley-off mərhələsinin ilk oyunları 20 avqustda, cavab görüşləri ayın 27-də keçiriləcək.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью