Icma.az, Apasport saytına istinadən bildirir.
"Tottenhem"lə bu mövsüm Avropa Liqasında çempionluq sevinci yaşayan Son Hın Min komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, "Əl-İttihad" 32 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
İddialara görə, Səudiyyə Ərəbistanı təmsilçisi vingerə illik 25 milyon avro maaş ödəməyə hazırdır.
Xatırladaq ki, Son "Tottenhem"ə 2015-ci ildə "Bayer"dən 30 milyon avro qarşılığında transfer olunub.
Cənubi Kareya millisinin üzvü Premyer Liqa klubunun heyətində 454 rəsmi matçda iştirak edib və 173 qol, 101 assistlə yadda qalıb.
“Milan”ın qolkiperi İngiltərə yolunda - 11-ci olacaq PSJ "Fənərbaxça"dan 20 milyon istəyir "Reyncers" yeni baş məşqçi ilə danışıqlar aparır "Çelsi" Sançodan imtina etdi Donarumma Avropa nəhənglərinin maraq dairəsindədir