Avropa Liqasının yeni rekordçusu oldu

26.09.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dante Avropa Liqasının yeni rekordçusu olub.

“Nitsa” futbolçusu Dante turnirin tarixinə düşüb. Braziliyalı müdafiəçi turnirdə matça çıxan ən yaşlı meydan oyunçusu olub. Sentyabrın 24-də liqa mərhələsinin ilk turunda “Roma”ya qarşı oynayan Dante 41 yaş 11 ay 6 günlüyündə olub. O, əvvəlki rekordçu, “Betis”in keçmiş yarımmüdafiəçisi Xoakinin göstəricisini (41 yaş 7 ay 23 gün) arxada qoyub.
Dante ümumilikdə meydana çıxan 3-cü ən yaşlı futbolçudu. Onu yalnız iki qapıçı qabaqlayır. Onlar 2014-cü ildə 42 yaş 10 ay və 2 günlüyündə “Tottenhem”də oynayan Bred Fridel və 2012-ci ildə “Tvente”də 42 yaş 1 ay və 2 günlüyündə meydana çıxan Sander Boskerdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью