525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Avropa İttifaqı sülh prosesinə mane olmasaydı, Ukraynadakı münaqişə çoxdan bitərdi”.
525.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
“Əgər Brüssel Amerika prezidentinin sülhməramlı missiyasına mane olmasaydı, müharibə artıq başa çatmışdı. Hamı bilir ki, Donald Tramp prezident olsaydı, müharibə hətta başlamazdı”, - Baş nazir söyləyib.
Orban əlavə edib ki, onlar indi də müdaxilə etməsəydilər, artıq sülh əldə edilmişdi.
Pərvanə Sultanova