Avropa maneələr üzrə medalçı dopinqə görə diskvalifikasiya edilib

20.06.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Fransalı yüngül atlet Vilfrid Happio antidopinq qaydalarını pozduğuna görə bir il yarım müddətinə diskvalifikasiya edilib.

Bu barədə Atletikada neqativ hallarla mübarizə üzrə müstəqil qurumun mətbuat xidməti məlumat yayıb.

Əngəllə qaçış üzrə ixtisaslaşan fransız 2025-ci il yanvarın 30-dan etibarən diskvalifikasiya ediləcək.

Happio dopinq nəzarəti müfəttişlərinə harada olduğunu bildirmədiyi üçün cəzalandırılıb.

Fransız 400 metr məsafəyə maneələrlə qaçışda Avropa çempionatının gümüş mükafatçısıdır.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью