Avropa Məhkəməsi Fransanı cərimələyib

27.06.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 27 iyun, AZƏRTAC

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransanı cərimələyib.

AZƏRTAC xəbər verir ki, polis Fransa vətəndaşı Kərim Tuili 2011-ci ildə 10 gün ərzində 3 dəfə saxlayaraq yoxlayıb. Oxşar vəziyyətlə Bezansonda yaşayan daha bir neçə nəfər üzləşib. Yerli məhkəmələrdə iddiası tam təmin olunmayan şəxs AİHM-ə müraciət edib.

AİHM-in qərarında polisin bu davranışı diskriminasiya kimi dəyərləndirilib. Qeyd olunub ki, polisin etnik diskriminasiya xarakteri daşıyan yoxlamaları nadir rastlanan hal deyil. Bəzi hallarda polis yoxladığı şəxsləri təhqir edir.

Məhkəmənin qərarına əsasən Fransa hökuməti iddiaçıya 3000 avro mənəvi təzminat ödəməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью