Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Avropa İnsan Haqları Məhkəməsi Tovuzun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanı oğurlamaqda, 47 gün sonra onu öldürüb, meyitini isə yandırmaqda ittiham olunaraq 18 il həbs cəzası almış İlkin Süleymanovun şikayətləri ilə bağlı kommunikasiyaya başlayıb.
Bu barədə Gununsesi.info-ya vəkil Fariz Namazlı bildirib.
“lkin Süleymanov ona münasibətdə həbs qətimkan tədbirinin seçilməsi və onun dəfələrlə uzadılmasının, 6-10 yanvar 2020-ci ildə barəsində hər hansı qərar olmadan saxlanılmasının qanunsuzluğundan, bu müddət ərzində pis rəftara məruz qalmasından, həbs edildiyi zaman Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin onun barəsində yaydığı məlumatda təqsirsizlik prezumpsiyası hüququnun pozuntusundan, pis rəftar və 4 gün ərzində məhkəmə qərarı olmadan saxlanılmasının qanunsuzluğuna dair verdiyi şikayətlərlə bağlı səmərəli hüquqi müdafiə vasitələrinin olmamasından şikayət edib”.
Günay Mahirqızı
Gununsesi.info