Avropa məhv olur Merkel çağırış etdi

23.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Almaniyanın keçmiş kansleri Angela Merkel qeyri-qanuni miqrasiya ilə mübarizə üçün hazırkı Almaniya hökumətinin gördüyü tədbirləri tənqid edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun fikrincə sərhəd nəzarətinin gücləndirilməsi və digər bu kimi addımlar Avropada hərəkət azadlığı bahasına başa gələ bilər.

Merkel Aİ-də miqrasiya problemlərinin həlli yollarının birgə axtarışına çağırıb. 

"Almaniya-Avstriya və ya Almaniya-Polşa sərhədində qanunsuz miqrasiyanın öhdəsindən gələ biləcəyimizi düşünmürəm: “Mən həmişə Avropanın həll yollarına güvənmişəm”, - o vurğulayıb.

Onun sözlərinə görə, bəzi ölkələrin birtərəfli hərəkətləri Avropada hərəkət azadlığını və xüsusilə Şengen sazişinin fəaliyyətini təhdid edə bilər. Angela Merkel bütün Aİ üçün problemin ümumi həllini tapmağa çağırıb, əks halda “Avropanın məhv olacağını" söyləyib.  

 Almaniyada miqrantların vəziyyəti necədir?

Almaniya hökuməti yeni kansler Fridrix Merz hakimiyyətə gəldikdən sonra qeyri-qanuni miqrasiya ilə mübarizəyə yönəlmiş tədbirləri sərtləşdirib. Səlahiyyətlilər əlavə 3000 polis əməkdaşı ilə bütün quru sərhədlərində sərhəd nəzarətini genişləndirib.

Təkcə ilk həftədə 739 nəfərin Almaniyaya girişi qadağan edilib: bu, əvvəlki həftə ilə müqayisədə demək olar ki, 50% çoxdur. 

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью