Avropa Mərkəzi Bankı Bolqarıstanın avrodan istifadə etməsinə razılıq verib

06.06.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 6 iyun, AZƏRTAC

Avropa Mərkəzi Bankı (AMB) Bolqarıstanın 2026-cı il yanvarın 1-dən pul vahidi kimi avrodan istifadə etməsinə razılıq verib.

AZƏRTAC xəbər verir ki, qurumun hesabatında ölkənin vahid valyuta məkanına daxil olmaq üçün bütün şərtləri yerinə yetirdiyi göstərilir. Bildirilir ki, ölkənin ticarət şəbəkəsi və banklar yeni valyutadan istifadəyə hazırdır.

Hazırda Avropanın 20 ölkəsində 347 milyon nəfər avrodan istifadə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью