Avropa Mərkəzi Bankı pul siyasətinin tətbiqi ilə bağlı təlimatlarını yeniləyib

27.01.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) pul siyasətinin tətbiqi ilə bağlı təlimatlarını yeniləyib.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (ECB) açıqlamasında bildirilib ki, bankın pul siyasətinin icrası üzrə rəhbər sənədində bankların həll (rezolyusiya) proseslərindən iqlim risklərinə qədər genişmiqyaslı yeniləmələr edilib.

ECB Kovid-19 pandemiyası dövründə tətbiq edilən müvəqqəti girov güzəştlərinin mərhələli şəkildə ləğv edilməsinə və standart qaydalara qayıdılmasına qərar verib. Eyni zamanda, tam rəqəmsallaşdırılmış beynəlxalq borclanma alətlərinin girov kimi qəbul edilə biləcəyi qeyd olunub.

ECB girov qiymətləndirmələrinə, iqlim dəyişikliyi mənşəli risklərə məruz qalan qeyri-maliyyə şirkətlərinin istiqrazlarında dəyər itkilərinə qarşı ilk dəfə “iqlim faktoru”nu əlavə edib.

Sözügedən yeniləmə ilə ləğv prosesində olan banklara müəyyən tənzimləyici şərtləri yerinə yetirdikləri halda "Avrosistem" əməliyyatlarına yenidən çıxış imkanı yaradılıb. Bank bildirib ki, həll prosesində olan banklar artıq kifayət qədər kapitala malik olmaq kimi “müəyyən şərtləri qarşıladıqları təqdirdə” mərkəzi bankın likvidlik təminatı imkanlarından yararlana biləcəklər.

Yeni qaydaların böyük hissəsi 30 mart 2026-cı il tarixindən, iqlim riski ilə bağlı tənzimləmələr isə 15 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью