Avropa mətbuatı: “Çin avtomobili tez elə, pis elə”

21.09.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Renault” şirkətinin rəhbəri Fransua Provost yeni maşınların layihələndirilməsi ilə bağlı konkret müddət qoyub: azı 2 il. Halbuki, çinlilər bu müddəti süni intellektin köməyi ilə 18 aya və daha az müddətə endirmək istəyirlər.

Çinli istehsalçılar çox sayda rəqəmli tətbiq yaradaraq layihələndirməni terzləşdirirlər. Hətta maşın hazır olmadan proqram təminatı ilə yüz minlərlə kilometr “sürülür”. Halbuki, süni intellekt bir şeyi bacarmır: rəqəmsal platformalar avtomobilin dözümlülüyü və təhlükəsizliyini ölçə bilmir. Bunun üçün fiziki teslər mütləqdir.

Əvvəlki illərdə Avropa şirkətləri maşınları illərlə, milyonlarla kilometr test edirdi. Buna görə də 10-15 il istismar ediləbilən avtomobillər ərsəyə gəlirdi. 2010-cu illərdə bu müddət qısaldı və real sınaqlara vaxt azaldı. Nəticədə Almaniya və Yaponiya şirkətləri kütləvi geriçağırma kampaniyalarına getdi. 

Bu gün Çin elektromobilləri arasında bir model 3 ilə yenilənir. Lakin Çin rəhbərliyi də artıq tempi yavaşlatmaq üçün düyməyə basıb. 

Xəbərin başlığı və mətni Belçika mətbuatından götürülüb.

Vüqar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью