Avropa miqrantlara qarşı qanunları sərtləşdirir

02.06.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avropa İttifaqı və Avropa Parlamenti bazar ertəsi günü Avropada qalmaq üçün heç bir qanuni hüququ olmayan miqrantların geri qaytarılmasını sürətləndirməyə yönəlmiş mübahisəli qanun layihəsi ilə bağlı razılığa gəliblər. Bu, blokun onilliklər ərzində miqrasiya siyasətində ən genişmiqyaslı dəyişikliyidir.

Məlumatı “Euronews” verib. 

Siyasətçilər iddia edirlər ki, “Qaytarılma haqqında qaydalar” miqrantların geri qayıtmasını sürətləndirmək üçün əsasdır və Aİ-nin qanunsuz miqrasiyaya qarşı mübarizəsinin təməl daşıdır.

Bu, həmçinin Avropada daha geniş siyasi dəyişikliyi əks etdirir, ifrat sağçılar tərəfindən dəstəklənən mühafizəkarlar miqrasiyaya daha sərt yanaşma tələb edirlər.

Rəsmi rəqəmlərə görə, Avropada qanuni qalmaq hüququ olmayan miqrantların yalnız 29 faizi Aİ-ni tərk edəcək.

Daxili İşlər Komissarı Maqnus Brunner danışıqlardan sonra jurnalistlərə bildirib: “Bu, Aİ-də baş verənlərə, buraya kimin gəldiyi və kimin Aİ-dən çıxmağa məcbur olduğuna nəzarət etməyimizi təmin etmək üçün, həqiqətən, vacib bir addımdır”

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью