Avropa missiyası Azərbaycan sərhədini tərk edəcək “Ehtiyac qalmayacaq...”

23.01.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra missiya artıq sərhəddə öz funksiyalarını yerinə yetirməyəcək, çünki buna ehtiyac olmayacaq.

“AzPolitika” xəbər verir ki, o bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.

Vaşinqtonda paraflanmış sazişdə üçüncü ölkələrin qüvvələrinin sərhəddə yerləşdirilməsini qadağan edən bəndin olması barədə sualı cavablandıran Ritter bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan və ratifikasiya edildikdən sonra sərhəddə missiyanı yerinə yetirməyəyə ehtiyac qalmayacaq.

"Bizə sərhəddə ehtiyac olmayacaq, lakin sərhədyanı yaşayış məntəqələrini ziyarət etməyə davam edəcəyik. İşimizin davam etdirilməsi, sərhədyanı yaşayış məntəqələrinə səfərlərin edilməsi barədə qarşılıqlı razılaşma var", - o əlavə edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью