Avropa monitorinq missiyası Ermənistanı bu halda TƏRK EDƏCƏK

23.01.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və təsdiqlənməsindən sonra Ermənistandakı Aİ Monitorinq Missiyasına ehtiyac qalmayacaq.

Modern.az xəbər verir ki, bu barədə Ermənistandakı Aİ Monitorinq Missiyasının rəhbəri Markus Ritter bildirib. Ermənistanın İctimai Televiziyayasına verdiyi müsahibədə o, Bakı və İrəvan arasında paraflanmış sülh müqaviləsində sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi ilə bağlı bəndin missiyaya şamil edildiyi təsdiqləyib.

Onun sözlərinə görə, missiyanın işini 2023-cü ildən bəri qüvvədə olan rejimdə davam etdirmək üçün qarşılıqlı razılaşma var. Missiya rəhbəri bildirib ki, 2025-ci ilin avqustunda Vaşinqton Sazişləri bağlandıqdan bəri sərhəddə vəziyyət nisbətən sakitdir və heç bir insident qeydə alınmayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью