Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2035-ci ilə qədər Avropanın müdafiə xərcləri Pentaqonun xərclərinin 80%-nə bərabər olacaq.
Axar.az xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.
“Avropa silah istehsalını onilliklər ərzində ən sürətli templə artırır və öz müdafiəsini ABŞ-dan müstəqil şəkildə təmin etməyə çalışır.
Almaniyanın “Rheinmetall” şirkəti Ukraynada müharibənin başlanğıcından bəri bir sıra yeni fabriklər tikib və tezliklə bütün ABŞ müdafiə sənayesindən daha çox 155 mm-lik artilleriya mərmisi istehsal edəcək. İtaliyanın “Leonardo” şirkəti işçi qüvvəsini təxminən ikiqat artırıb.
Keçən il Avropa müdafiəyə 560 milyard dollar xərcləyib. Bu, 10 il əvvəlkindən iki dəfə çoxdur və 2035-ci ilə qədər onun xərcləri Pentaqonun xərclərinin 80%-nə bərabər olacaq”, – məlumatda bildirilib.