Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa ölkələrinin güclü sosial müdafiə sistemi olsa da, hərbi münaqişələrə hazır deyil.
Redaktor.az xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken “Euronews”a müsahibəsində bildirib.
“Avropa həm müdafiə qabiliyyəti, həm də sənaye potensialı baxımından çox mürəkkəb vəziyyətdədir”, - deyə o bildirib.
Franken qeyd edib ki, Avropa İttifaqı ölkələri yumşaq gücə, sosial təminata və pensiya sisteminə sərmayə qoymağı bacarırlar. Lakin onun sözlərinə görə, hər hansı hərbi münaqişə zamanı bu sahələrdə əldə olunan imkanların kifayət etməyə biləcəyi ilə bağlı risk mövcuddur.
Xatırladaq ki, iyunun 3-də Polşanın xarici işlər naziri Radek Sikorski ümumavropa ordusunun yaradılmasının əleyhinə çıxış edib. Onun sözlərinə görə, Avropaya fövqəladə hallara cavab verə biləcək birləşmiş çevik reaksiya batalyonları, eləcə də maraqların müdafiə edilməli olduğu digər ölkələrdə hərbi qüvvələr lazımdır.
Xədicə BAXIŞLI