Avropa narahatdır: Putin danışıqlar aparmaq istəmir

07.11.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin müharibənin sona çatması üçün məqbul şərtlər üzərində danışıqlar aparmaq istəmir və bu da Avropanın Tramp administrasiyasının Ukraynanın və qitənin digər ölkələrinin maraqlarına xələl gətirəcək şəkildə Kremllə razılığa gəlməyə çalışacağından qorxmasına səbəb olur.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadən məlumat verib.

Narahatlıq Trampın Ağ Evdə Putinin danışıqlardakı nümayəndəsi Kirill Dmitriyevlə görüşdən sonra verdiyi açıqlamalardan irəli gəlir. Amerika lideri tərəflərin təkcə Ukraynanı deyil, bütün Avropanı əhatə edəcək hərtərəfli bir razılaşma üzərində işlədiyini bildirib.

Daha sonra Trampın kürəkəni Cared Kuşner sosial media platforması X-də ABŞ-ın bütün tərəflərin təhlükəsizlik maraqlarını təmin etmək üçün praktik mexanizmlər hazırlamağa çalışdığını açıqlayıb. O, mümkün nəticələrdən biri kimi uzunmüddətli Avropa təhlükəsizliyi və sabitliyi sisteminin yaradılmasını göstərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью