Avropa nəhəngi ​ Fənərbaxça nın ulduzunu istəyir

17.10.2025

Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbaxça"nın braziliyalı yarımmüdafiəçisi Fred karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, “Everton” klubu futbolçunu transfer etmək istəyir. İngiltərənin “Goodison News” nəşrində yer alan xəbərə görə, “Everton” Fredi transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, klub futbolçunu növbəti transfer pəncərəsi dövründə transfer etməyi nəzərdən keçirir. Bildirilir ki, “Everton” bundan əvvəl Fredi transfer etmək istəsə də, reallaşmayıb.

Qeyd edək ki, bu mövsüm "Fənərbaxça"nın heyətində 14 oyunda iştirak edən Fred 1 dəfə fərqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью