Avropa nəhəngi ​ Fənərbaxça nın ulduzunu istəyir

05.12.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Fənərbaxça"nın oyunçusu Ceyden Oostervolde karyerasını İngiltərədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, "Nyukasl" futbolçunun transferini nəzərdən keçirir. İddialara görə, İngiltərə klubu Oostervoldeni transferdə prioritet futbolçu hesab edir. Xəbərdə deyilir ki, futbolçunun yüksək transfer haqqı ilə göndərilməsi İtaliyanın “Parma” klubu üçün də əlverişlidir.

“Parma” klubundan "Fənərbaxça"ya transfer edilən futbolçunun müqaviləsindəki bəndə görə, transfer haqqı 7 milyon avrodan çox olarsa, məbləğin 30 faizi İtaliya klubuna ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью