Avropa nəhəngindən Ardaya zəng Gəl bizim ulduzumuz ol

18.02.2025

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

PSJ-nin Arda Gülerə irəli sürdüyü iddia edilən təkliflə bağlı bəzi detallar məlum olub.

Metbuat.az xəbər verir ki, PSJ tərəfi Ardanın oyun tərzinin kluba uyğun olduğunu hesab edir. Bu baxımdan PSJ-nin mövsümün sonunda Ardanı heyətinə qatmaq istədiyi irəli sürülür. İddialara görə, məşqçi Luis Enrike artıq Arda Gülerlə əlaqə saxlayıb və PSJ-də ona “Real Madrid”dən fərqli olaraq mühüm vəzifə verəcəyini ifadə edib. Ardanın telefon danışığından razı qaldığı bildirilir. “Real Madrid” rəhbərliyinin Arda Güleri asanlıqla buraxmaq fikrində olmadığı vurğulanır. Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 27 matçda ümumilikdə 967 dəqiqə forma geyinib. Arda 3 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью