Avropa nəhəngindən Barselona nın ulduzuna təklif | Icma.az
Icma.az, Metbuat portalına istinadən məlumat yayır. İngiltərə nəhəngləri “Barselona”nın ulduz futbolçusunu transfer etmək üçün hərəkətə keçi
Metbuat.az xəbər verir ki, “Mançester Yunayted” və “Aston Villa” Fermin Lopez üçün “Barselona”ya təklif göndərib.
“Fichajes”də dərc edilən xəbərə görə, futbolçu üçün 70 milyon avro təklif edilib.
Klubların Fermin Lopezə isə “Barselona”dakı məvacibindən iki dəfə çox məvacib təklif edilib. Bildirilir ki, futbolçu təklifi rədd edib.
Qeyd edək ki, Fermin Lopezin “Barselona” ilə müqaviləsi 2029-cu ildə yekunlaşır.
Fermin Lopez bu mövsüm “Barselona”nın heyətində tez-tez yer alır. O, hazırda La Liqada istedadlı futbolçulardan biri hesab edilir.
Futbolçu həm mərkəz yarımmüdafiəçisi, həm hücumameyilli yarımmüdafiəçi kimi oynaya bilir.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu