Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp "Atletiko"ya rəhbərlik edə bilər. Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “matrasçılar”ın rəhbərliyi komandanın hazırkı baş məşqçisi, 2011-ci ildən bu postu tutan Dieqo Simeonenin gedişi halında Kloppu prioritet namizəd kimi seçib.
Klopp bu yay "Liverpul"dan ayrılıb. O, yanvarın 1-dən "Red Bull"un futbol sahəsi üzrə direktoru olacaq.
O, karyerası ərzində Almaniyada "Borussiya Dortmund" və "Maynts"ı da çalışdırıb.
Qeyd edək ki, 13 turdan sonra "Atletiko" İspaniya La Liqasında 26 xalla 3-cü pillədə qərarlaşıb.
Heybət Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.