Avropa nəhəngindən təklif alan Arda Real a şərt irəli sürdü

18.02.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

“Real Madrid”in ehtiyat oyunçuları arasında forma böhranı yaşanır.

Metbuat.az xəbər verir ki, məşqçi Karlo Ançelottinin az oyun şansı verdiyi futbolçuların klubdan ayrılması gündəmə gəlib. İspaniya mətbuatında yer alan xəbərə görə, Arda Güler və Endrikin xidmətində maraqlı olan klubların sayı artır. İddialara görə, PSJ Arda Güleri transfer etmək üçün hərəkətə keçib.PSJ rəhbərliyinin "Real Madrid"in prezidenti Florentino Peresə şifahi təklif göndərdiyi bildirilib. Arda Gülerin PSJ-nin təklifi ilə maraqlansa da Karlo Ançelottinin klubdan ayrılacağı təqdirdə bütün təklifləri rədd edəcəyi bildirilib. Digər tərəfdən, Arda Güler kimi az oyun vaxtı əldə edən Endrikə də təkliflər olduğu deyilir.

Qeyd edək ki, Endrik və Arda Güler son 3 oyunda forma şansı əldə etməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью