Avropa nəhəngindən türk futbolçuya sərvət

10.10.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

“Mançester Yunayted” “Yuventus”un türk ulduzu Kənan Yıldızı transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, İngiltərə nəhəngi futbolçunu mövsümün sonunda heyətinə cəlb etmək istəyir. İddialara görə, futbolçu “Mançester Yunayted”in transfer siyahısında ilk sıralardadır. Bildirilir ki, “Çelsi” və “Arsenal” klubları da futbolçunun xidmətində maraqlıdır. “Mançester Yunayted” “Yuventus”a 90 milyon avro təklif etməklə rəqiblərini geridə qoymaq istəyir.

Məlumata görə, "Yuventus" isə Kənan Yıldızı klubda saxlamaqda qərarlıdır. Klubun gənc ulduzla yeni müqavilə danışıqlarını davam etdirdiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью