Avropa nəhəngləri gənc müdafiəçini istəyir

14.10.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən “Ayntraxt”ın müdafiəçisi Nataniel Braun Avropanın nəhəng klublarının diqqətini çəkib.

İdmanxeber.az “Bild”-ə istinadən xəbər verir ki, “Real”, “Arsenal” və “Mançester Siti” 22 yaşlı alman futbolçunu transfer etmək istəyir.

Braunun “Ayntraxt”la müqaviləsi 2030-cu ilin iyununda başa çatır. O, bu mövsüm 8 oyunda 1 qol və 2 asistlə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью