Avropa nəhəngləri gənc oyunçunu istəyir

29.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

İngiltərənin “Bornmut” klubunun müdafiəçisi Din Hoysen yeni kluba keçə bilər.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı futbolçunun xidmətində “Real”, “Bavariya” və “Yuventus” maraqlıdır. Onlar gənc oyunçunu transfer etmək niyyətindədi.

19 yaşlı müdafiəçi 2024-cü ilin yayından “Bornmut”da çıxış edir. O, İngiltərə klubuna “Yuventus”dan keçib.

Hoysen “Bornmut”un heyətində bütün turnirlərdə 19 matçda iştirak edib, 2 məhsuldar ötürmə verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью