Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Hoffenhaym"ın futbolçusu Bazumana Ture Almaniya Bundesliqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Bavariya" Fil Dişi Sahili milli komandasının üzvünü transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Münhenlilər Tureni yayda heyətinə qatmağı planlaşdırır. "Arsenal" və "Mançester Yunayted" də 19 yaşlı vingerin performansını yaxından izləyir. Klubu gənc oyunçunun satışından 50-55 milyon avro gəlir əldə etmək niyyətindədir.
Qeyd edək ki, "Hoffenhaym" Bazumana Tureni 2025-ci ilin fevral ayında İsveçin "Hammarbü" klubundan transfer edib. Futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi