Avropa nəhəngləri onun üçün yarışacaq

20.01.2025

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Borussiya Dortmund"un ingilis vingeri Ceymi Bayno-Qittens yaxın vaxtlarda klubunu dəyişə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 20 yaşlı futbolçu ilə Avropa futbolunun üç nəhəngi: "Bayern", "Çelsi" və "Mançester Siti" maraqlanır.

Çox güman ki, Ceymi mövsümün sonuna kimi “arılar”ın heyətində çıxış edəcək. Lakin yayda onun transferi üçün sözügedən klublar mübarizə aparacaq. Vacib amil Dortmund təmsilçisinin Çempionlar Liqası zonasında yer alıb-almayacağıdır.

Heybət

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью