Avropa nəhəngləri Real ın yarımmüdafiəçisini hədəfə aldı

18.01.2025

Icma.az bildirir, Publika.az saytına əsaslanaraq.

"Real"ın yarımmüdafiəçisi Brahim Diaz 3 Avropa nəhənginin hədəfinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ançelottinin komandasında əsas oyunçuya çevrilə bilməyən 25 yaşlı ispaniyalı futbolçu ilə "Liverpul", "Bayern" və Dortmund "Borussiya"sı maraqlanır.

Bu mövsüm Brahim Diaz bütün yarışlarda klub səviyyəsində 22 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunun dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Heybət

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью